media-bb2246fc-256c-4025-8073-c8a222546fa2

Paytaxtda sahibsiz itlər küçədə park edilmiş avtomobilə ziyan vurub.

Patrul.az-ın məlumatına görə, hadisə ötən gecə Səbail rayonunun Bayıl qəsəbəsində baş verib.

Bildirilib ki, bir neçə sahibsiz it ərazidə park edilmiş avtomobilə hücum edərək onun dövlət qeydiyyat nişanını qoparıb, həmçinin nəqliyyat vasitəsinin üzlüyünü dişləyərək yararsız vəziyyətə salıb.

Qəsəbə sakinlərinin sözlərinə görə, sahibsiz itlər təkcə nəqliyyat vasitələrinə deyil, yoldan keçən uşaqlara da bir neçə dəfə hücum ediblər.

Qeyd edək ki, sakinlər hər hansı faciə baş verməzdən əvvəl aidiyyəti qurumlardan ərazidəki sahibsiz itlərlə bağlı müvafiq tədbirlərin görülməsini xahiş edirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər