Google istifadəçi məlumatlarını AI təliminə yönəldir - DETALLAR
Texnologiya nəhəngi Google-un generativ süni intellekt modellərini təkmilləşdirmək məqsədilə istifadəçi məlumatlarının toplanması sistemində əhəmiyyətli dəyişikliklər etdiyi bildirilir.
Patrul.az-ın məlumatına görə, şirkət məxfilik siyasətinə etdiyi yeniləmə ilə istifadəçilərin müxtəlif axtarış xidmətlərinə yüklədiyi media məzmununu toplamağa başlayıb.
Bildirilir ki, 2026-cı ilin iyun ayından etibarən Google məxfilik siyasətinə Search Services History (Axtarış Xidmətləri Tarixçəsi) adlı yeni bölmə əlavə edib. Məlumata görə, bütün istifadəçilər əvvəlcədən ayrıca razılıqları alınmadan avtomatik (opt-in) şəkildə bu proqrama daxil ediliblər.
Yeni siyasət çərçivəsində:
– Süni intellekt modellərinin təlimi üçün təkcə mətn sorğuları deyil, istifadəçilər tərəfindən sistemə yüklənən şəkillər, səs yazıları, videolar və rəqəmsal sənədlər də emal oluna bilər.
– Dəyişiklik yalnız Google Axtarış sistemi ilə məhdudlaşmır. Google Lens, Google Translate, eləcə də Google Maps, Shopping, Flights, Hotels və News xidmətlərindəki müəyyən media məzmununun da bu prosesə daxil olduğu iddia edilir.
– Google Photos və Google Drive kimi bulud xidmətlərində saxlanılan şəxsi faylların isə bu proqramın əhatə dairəsinə daxil olmadığı bildirilir.
– İddialara görə, istifadəçi axtarış tarixçəsini və ya yüklədiyi media fayllarını hesabından silsə belə, Google həmin məlumatları süni intellekt modellərinin təlimi məqsədilə 4 ilə qədər öz serverlərində saxlaya bilər.






