media-2026-07-01t093820z_1180277915_rc2awlakspwg_rtrmadp_3_iran-crisis-shipping-fees-1783468145

İran hərbi dəniz qüvvələri Bəhreyndə və Küveytdə ABŞ-yə məxsus hərbi obyektlərə zərbələr endirib.

Patrul.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

Bildirilib ki, İran Bəhreyndəki Salman limanında yerləşən ABŞ Beşinci Donanmasının obyektlərini, həmçinin Küveytdəki Əli əl-Salim hava bazasını hədəfə alıb. Məlumata görə, ümumilikdə ABŞ-yə məxsus 85 obyekt məhv edilib, həmçinin bir MQ-9 pilotsuz uçuş aparatı vurulub.

İran tərəfinin sözlərinə görə, zərbələr ABŞ-nin çərşənbə günü Hörmüzqan və Mahşəhrdə yerləşən sahil bazalarına və mülki yaşayış məntəqələrinə hava hücumları endirməsinə cavab olaraq həyata keçirilib.

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf isə ABŞ-ni əldə olunmuş anlaşma memorandumunu pozmaqda ittiham edib.

“Zorakılıq və şantaj dövrü bitdi. Heç bir yerə çata bilməyəcəksiniz. Biz geri çəkilən və ya ləngiyənlərdən deyilik”.

ABŞ tərəfi isə İranın hava hücumundan müdafiə sistemlərinə, komandanlıq və idarəetmə şəbəkələrinə, sahil radar mərkəzlərinə və gəmi əleyhinə raket sistemlərinə zərbələr endirdiyini açıqlayıb.

Bundan əlavə, ABŞ Hörmüz boğazı və ətrafında İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus 60-dan çox kiçik qayığın vurulduğunu bildirib.


Bənzər xəbərlər