media-1783240556_c997ff8f-bf69-4fb5-a92f-d6f9beaea100

Bu gün Rusiya Silahlı Qüvvələri yüksək dəqiqlikli silahlardan istifadə edərək Ukraynaya qarşı cavab zərbəsi endirib.

Patrul.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi verib.

Bildirilib ki, zərbə Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı mülki infrastruktur obyektlərinə terror hücumlarına cavab olaraq endirilib.

Məlumata görə, Rusiya Ukraynanın qanadlı raketləri üçün komponentlər istehsal edən Samsung Ukrayna zavodunu, eləcə də pilotsuz uçuş aparatları istehsal edən emalatxananı hədəf alıb.

Xatırladaq ki, Rusiya bazar ertəsi səhər Kiyev və ətraf bölgəni raket və dronlarla vurması nəticəsində ən azı 28 nəfər həlak olub.


Bənzər xəbərlər