media-inshot_20260708_101232468

Venesuelada iyunun 24-də baş verən ardıcıl güclü zəlzələlərin fəsadları ağır olaraq qalır.

Patrul.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 3 685 nəfərə yüksəlib, 16 740 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda bölgədə axtarış-xilasetmə və humanitar yardım əməliyyatları davam etdirilir. Rəsmi məlumata əsasən, dağıntılar altından 6 462 nəfər sağ çıxarılıb. Xəstəxanalarda və mobil tibb məntəqələrində ümumilikdə 25 970 nəfərə təxirəsalınmaz tibbi yardım göstərilib.

Evləri tamamilə dağılan və ya yaşayış üçün yararsız vəziyyətə düşən 17 907 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Zəlzələ ölkənin infrastrukturuna da ciddi ziyan vurub. Belə ki, 190 bina tamamilə dağılıb, 856 bina isə ağır struktur zədələri alaraq istifadəyə yararsız vəziyyətə düşüb.

Rəsmi mənbələrin məlumatına görə, fəlakətdən ən çox sahilyanı La Quayra (La Guaira) ştatı və paytaxt Karakas zərər görüb. Həmin ərazilərdə qəzalı binaların təxliyəsi və təhlükəsizlik tədbirləri davam etdirilir.

Xatırladaq ki, Venesuelada iyunun 24-də cəmi 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ baş verib. Əsas təkanlardan sonra bölgədə indiyədək 1 076 afterşok qeydə alınıb ki, bu da bərpa işlərini çətinləşdirir.

Hadisədən sonra ölkədə fövqəladə vəziyyət elan edilib. Hökumət humanitar böhranın aradan qaldırılması istiqamətində tədbirləri davam etdirir.


Bənzər xəbərlər