media-1783423821415083_6pmjr14h

“Trampı Türkiyədə hədəfə almalıyıq”.

Patrul.az xəbər verir ki, bu sözləri İranyönlü radikal “Sabitlik Cəbhəsi” partiyasının üzvü, deputat Həmid Rəsayi sosial şəbəkə hesabında yazıb.

O, hazırda Türkiyədə səfərdə olan ABŞ Prezidenti Donald Trampın qaldığı məkanın raketlə vurulmasına çağırış edib:

“Tramp NATO sammitində iştirak etmək üçün Türkiyəyə gəlib və əlimiz çatan yerdədir. Gəlin rəsmi şəkildə və heç bir bəhanə gətirmədən onun Türkiyədə qaldığı iqamətgahı raketlərlə hədəfə alaq”, – deyə deputat bildirib.

Qeyd edək ki, Donald Tramp iyulun 7-8-də Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən NATO sammitində iştirak etmək və rəsmi dövlət səfəri həyata keçirmək üçün bu ölkəyə gəlib.

media-screenshot_20260708_123520_chrome

 


Bənzər xəbərlər