media-media-41_71633778723-egzarf

Bakıda mənzildən kişi və həyat yoldaşının meyitləri tapılıb.

Patrul.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 3 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

İlkin ehtimala görə, qəsəbə sakini 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırov yaşadığı evdə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib. O, daha sonra özünü də öldürüb.

Faktla bağlı araşdırma aparılır.

 


Bənzər xəbərlər