“Cyber Summer School 2026” çərçivəsində veloturkeçirilib - VİDEO
Azərbaycan Kibertəhlükəsizlik TəşkilatlarıAssosiasiyasının (AKTA) təşkilatçılığı ilə Mingəçevirşəhərində keçirilən V “Cyber Summer School 2026” kiberyay düşərgəsi çərçivəsində iştirakçılar üçün velotur təşkilolunub.
Velotur AKTA, Mingəçevir Dövlət Universiteti və Azərbaycan Respublikasının Gənclər və İdman NazirliyininAran Regional Gənclər və İdman İdarəsinin birgətəşkilatçılığı ilə həyata keçirilib.
Tədbirin əsas məqsədi iştirakçılar arasında sağlam həyattərzinin təşviqi, fiziki aktivliyin artırılması, komandaruhunun gücləndirilməsi, mikro nəqliyyat vasitələrindənistifadənin təşviqi, eləcə də düşərgə iştirakçıları arasındaəməkdaşlıq və qarşılıqlı ünsiyyətin inkişafına töhfə verməkolub.
Velotur zamanı iştirakçılar Mingəçevir şəhərindəəvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə hərəkətedərək həm fiziki aktivlik nümayiş etdirib, həm də qeyri-formal mühitdə ünsiyyət qurmaq və komanda ruhunu dahada möhkəmləndirmək imkanı əldə ediblər. Veloturunsonunda bütün iştirakçılara diplomlar təqdim olunub.
Qeyd edək ki, V “Cyber Summer School 2026” kiber yay düşərgəsi çərçivəsində kibertəhlükəsizlik üzrə nəzəri və praktiki təlimlərlə yanaşı, iştirakçıların fiziki və sosialinkişafını dəstəkləyən müxtəlif idman və komandafəaliyyətləri də təşkil olunur. Bu cür tədbirlər gənclərarasında sağlam həyat tərzinin təşviqinə, liderlik və əməkdaşlıq bacarıqlarının inkişafına, həmçinin düşərgəiştirakçıları arasında dostluq münasibətlərininmöhkəmləndirilməsinə xidmət edir.






