media-inshot_20260708_193836044

Nəhəng asteroid Yer kürəsinə tarixdə heç olmadığı qədər yaxınlaşacaq və onun keçidini çılpaq gözlə izləmək mümkün olacaq.

Patrul.az xəbər verir ki, astronomların son hesablamalarına əsasən, “99942 Apophis” adlı bu nəhəng göy cismini 13 aprel 2029-cu ildə dünya əhalisinin təxminən 90 faizi çılpaq gözlə müşahidə edə biləcək.

Məlumata görə, bu asteroid əvvəlki analoqlarından fərqli olaraq yüksək sürətlə ötüb keçməyəcək. O, Yer səmasından keçərkən saatlarla davam edən parlaq ulduz hərəkətini xatırladacaq.

Bildirilib ki, “99942 Apophis” Yer kürəsinə ekstremal dərəcədə yaxın – cəmi 31,600 kilometr yüksəklikdən keçəcək. Müqayisə üçün qeyd edək ki, bu məsafə bəzi süni peyklərin orbitindən belə daha yaxındır.

NASA və digər beynəlxalq kosmik agentliklər Apofisin ən azı növbəti 100 il ərzində dünya üçün heç bir toqquşma təhlükəsi yaratmayacağını və keçidin tamamilə təhlükəsiz olacağını vurğulayıblar.

Qeyd edək ki, bəşəriyyət tarixində ilk dəfədir ki, astronomlar bu ölçüdə bir asteroidin keçid trayektoriyasını və vaxtını bu qədər yüksək dəqiqliklə proqnozlaşdırmağa nail olublar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər