"Lokum" adlı pişik NATO sammitinə gələn jurnalistlərin diqqət mərkəzində oldu - VİDEO
NATO sammitini işıqlandırmaq üçün Ankaraya gələn xarici jurnalistlərin diqqətini çəkən maraqlı məqamlardan biri də Türkiyə Prezident Administrasiyasının iqamətgahında yaşayan “Lokum” adlı Ankara pişiyi olub.
Patrul.az xəbər verir ki, iqamətgah ərazisində sərbəst hərəkət edən “Lokum” xarici media nümayəndələrinin diqqət mərkəzinə çevrilib. Jurnalistlər pişiyi yaxından izləyib, onunla xatirə şəkilləri çəkdirib və davranışına böyük maraq göstəriblər.
Bildirilib ki, “Lokum” Prezident Administrasiyasının iqamətgahının simvollarından biri hesab olunur və burada xüsusi qayğı ilə saxlanılır. Sakit davranışı və insanlarla rahat ünsiyyəti sayəsində o, tədbir iştirakçılarının rəğbətini qazanıb.
Qeyd edək ki, NATO sammiti çərçivəsində Ankaraya dünyanın müxtəlif ölkələrindən yüzlərlə jurnalist ezam olunub. Rəsmi tədbirlərlə yanaşı, Türkiyənin qonaqpərvərliyi və paytaxtın özünəməxsus simvolları da xarici media nümayəndələrinin marağına səbəb olub.






