Hüseyn Cavid parkında oturanların üzərinə ağac aşdı - Xəsarət alan var
Paytaxtda yararsız vəziyyətdə olan ağac vətəndaşın üstünə aşıb.
Patrul.az-ın məlumatına görə, hadisə axşam saatlarında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qarşısındakı Hüseyn Cavid parkınada qeydə alınıb.
Belə ki, parkdakı oturacaqda əyləşərək asudə vaxt keçirən iki dostun üzərinə qəfildən ərazidəki qurumuş və yararsız vəziyyətdə olan ağac aşıb. Hadisə nəticəsində vətəndaşlardan biri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralının xüsusilə bel nahiyəsindən ciddi zədələr aldığı, bədənində yara və çapıqların əmələ gəldiyi bildirilir.
Sakinlər ərazidə analoji təhlükə saçan digər ağacların da olduğunu qeyd edirlər.
Ümid edirik ki, Yasamal Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar ərazidəki təhlükə yaradan ağacların vəziyyətini yoxlayacaq və oxşar hadisələrin təkrarlanmaması üçün zəruri tədbirlər görəcəklər.
Nihat Abbasov






