media-9f332b3b-3483-4fc2-a216-64bacd95b51b

Patrul.az tərəfindən bu gün yayımlanan videogörüntülərdə əks olunan yol insidenti ilə bağlı polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Xatırladaq ki, görüntülərdə 07.06.2026-cı il tarixində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid və Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində baş verdiyi bildirilən hadisə əks olunub. İddialara görə, 77-UE-011 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında hərəkət edərək digər nəqliyyat vasitəsinin qarşısına çıxıb.

Videonu redaksiyamıza təqdim edən Rüfət Abdullayev bildirib ki, səs siqnalı ilə etirazını bildirdikdən sonra qarşı tərəf onu təhqir edib, hədə-qorxu gəlib və daha sonra idarə etdiyi avtomobili geriyə hərəkət etdirərək onun nəqliyyat vasitəsini vurub.

Əldə etdiyimiz məlumata görə, hadisə ilə bağlı aidiyyəti polis orqanı tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Patrul.az olaraq hadisənin gedişatını izləyir və yeni məlumatlar əldə olunduqca oxucularımıza təqdim edəcəyik.


Bənzər xəbərlər