media-e2f071e1-db1c-4419-b8e2-4fdfd1b651d0

Patrul.az redaksiyasına müraciət edən sakinlər Bakı Bulvarı ərazisində, Hilton otelinin yaxınlığında yerləşən yeraltı piyada keçidində eskalatorların tez-tez fəaliyyət göstərmədiyini bildirirlər.

İddialara görə, xüsusilə bazar günləri sözügedən keçiddə eskalatorlar demək olar ki, mütəmadi olaraq söndürülür. Bu isə yaşlı insanların, əlilliyi olan şəxslərin, azyaşlı uşaqlarla hərəkət edən valideynlərin və digər piyadaların hərəkətində ciddi çətinliklər yaradır.

Vətəndaşların sözlərinə görə, yeraltı keçiddən gün ərzində minlərlə insan istifadə edir. Eskalatorların işləməməsi səbəbindən piyadalar uzun pillələri qalxıb-enmək məcburiyyətində qalırlar ki, bu da xüsusilə isti hava şəraitində əlavə narahatlıq yaradır.

Sakinlər aidiyyəti qurumlardan məsələyə aydınlıq gətirilməsini, eskalatorların hansı səbəbdən dayandırıldığının açıqlanmasını və problemin aradan qaldırılması istiqamətində tədbirlər görülməsini xahiş edirlər.

Qeyd edək ki, söhbət Bakı Bulvarı ərazisində, Hilton otelinin yaxınlığında yerləşən yeraltı piyada keçidindən gedir.

Patrul.az məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.


Bənzər xəbərlər