media-34e72dd2-eb07-4dd9-bbf6-1066f8ada06f

Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda baş verən hadisə ətrafdakılar arasında təşvişə səbəb olub.

Patrul.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə, bir şəxs anasından pul tələb edib. İstədiyi pulu ala bilmədikdə isə anasını bıçaqla girov götürərək evdə saxlayıb.

Hadisə yerinə çağırılan polis əməkdaşları operativ müdaxilə nəticəsində qadını xilas etməyə nail olublar. Şübhəli şəxs isə məsuliyyətdən yayınmaq məqsədilə pəncərədən tullanaraq qaçmağa cəhd göstərib.

Lakin onun qaçış cəhdi uğursuz olub və polis əməkdaşları tərəfindən saxlanılaraq nəzarətə götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər