media-photo-output

Sosial şəbəkələrdə Binəqədi rayonunda, “Sentralnıy” adlanan ərazidə qanunsuz tikinti aparıldığı ilə bağlı görüntülər yayılıb. Məsələnin nə yerdə olduğunu öyrənmək və qarşı tərəfin mövqeyini almaq üçün əraziyə yollandıq.

Orada bizə əvvəlcə bir qədər gözləməli olduğumuz bildirildi və təxminən 40 dəqiqədən sonra suallarımızın cavablandırılacağı deyildi. Lakin gözləmə müddəti uzandı və 1 saata yaxın vaxt keçməsinə baxmayaraq heç bir açıqlama verilmədi.

Daha sonra qapının bağlandığı, içəridə isə heç kimin olmadığı bildirildi. Suallarımızı ünvanlamağa çalışsaq da, cavab ala bilmədik, qapı da açılmadı. Dəfələrlə edilən müraciətlər nəticəsiz qaldı.

Bu zaman binanın yuxarı hissəsindən tikintidə çalışan şəxslərdən birinin əraziyə nəzarət etməsi və çəkiliş qrupumuzun hələ də orada olub-olmadığını yoxlaması diqqət çəkdi.

Bəs bu tikinti ilə bağlı səsləndirilən iddialara nə vaxt və kim aydınlıq gətirəcək?

Patrul.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa və açıqlamasını təqdim etməyə hazırıq.


Bənzər xəbərlər