media-1780861473_pashinian

Ermənistanda dünən keçirilən parlament seçkilərində bülletenlərin 90 faizi hesablanıb.

Patrul.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Mərkəzi Seçki Komissiyası yayıb.

Saat 08:00-a olan məlumata görə, 2005 seçki məntəqəsindən 1878-inin nəticələri artıq məlumdur və ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyası səslərin 50,25 faizini toplayaraq liderdir.

Bununla yanaşı, “Güclü Ermənistan” bloku 23,31%, “Ermənistan” bloku 9,78%, “Çiçəklənən Ermənistan” partiyası” isə 4,02% səs toplayıb.

Digər partiyalar isə hələ 4 faizlik həddi keçə bilməyib.

Ümumilikdə seçkidə 1 224 957 nəfər səs verib. Seçkilərdə 16 partiya və 2 blok iştirak edib.


Bənzər xəbərlər