media-img_6888

Türkiyəli səyyah Nilgül Yörük Bakıda yaşadığı maraqlı hadisəni sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Patrul.az xəbər verir ki, küçədə gəzərək siqaret çəkdiyi zaman polis əməkdaşları tərəfindən ona xəbərdarlıq edilib. Səyyahın sözlərinə görə, ona siqaretin yalnız bunun üçün nəzərdə tutulmuş xüsusi yerlərdə çəkilməsinin mümkün olduğu izah olunub.

Nilgül Yörük paylaşımında Bakıya gəlməyi planlaşdıran turistlərə bu qaydaları əvvəlcədən bilməyi tövsiyə edib və bunu dünya səyahəti zamanı qarşılaşdığı maraqlı təcrübələrdən biri kimi təqdim edib.

Paylaşımın şərh bölməsində isə izləyicilər Azərbaycan və Bakı ilə bağlı müsbət fikirlərini bölüşüblər. Rəylərdə “7 il Bakıda yaşadım. Hər yer tərtəmiz və nizamlı şəhərdir. İnsanlar geyimlərinə diqqət yetirirlər, çox zövqlü geyinirlər və çox mehribandırlar. Bakını darıxmışam”, “Azərbaycanlı qardaşlarımız nə edirsə, doğrudur. Ölkə pırıl-pırıldır və insanları hörmətcil davranırlar”, “Azərbaycan bizim ikinci vətənimizdir, qaydalarına da hörmətlə yanaşırıq” kimi fikirlər yer alıb.


Bənzər xəbərlər