Yayda yağıntılar qışda qar azlığı ilə əlaqəlidirmi? - Ekoloq Açıqladı
Son illərdə hava şəraitində müşahidə olunan dəyişikliklər insanların diqqətini daha çox cəlb edir və müxtəlif ehtimallar irəli sürülür. Xüsusilə qışda yağıntının az olması ilə yaz və yay aylarında havanın dəyişkən keçməsi arasında əlaqə olub-olmaması tez-tez müzakirə edilir.
Bəs qışda qarın az yağması ilə may–iyun aylarında daha küləkli və yağıntılı hava şəraitinin yaranması arasında elmi baxımdan birbaşa əlaqə varmı, yoxsa bu, daha geniş iqlim sistemlərinin təsiri ilə bağlıdır?
Bu barədə ekoloq Qorxmaz İbrahimli Patrul.az-a açıqlamasında bildirib ki, qışda qarın az yağması ilə yayda soyuq və yağışlı havalar arasında birbaşa əlaqə yoxdur:

“Qış mövzusunda qışda qarın az yağması ilə yayda soyuq, yağışlı havanın keçməsi arasında heç bir əlaqə yoxdur. Qışda qarın az yağması yayda quraqlığın daha da artmasına, su azlığına və su ehtiyatlarının azalmasına səbəb ola bilər. Amma qətiyyən qışda qarın yağmaması yayda yağıntılı və soyuq havanın olacağı demək deyil və bu hadisələr bir-biri ilə əlaqəli deyil”.
Cəmilə Cəfərzadə






