Azərbaycan və Almaniya arasında bir sıra məsələlər müzakirə olunur
Xəbər verdiyimiz kimi, Almaniyada Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya prezidenti Frank-Valter Ştaynmayer arasında geniş tərkibdə görüşü keçirilib.
Patrul.az Almaniya mediasına istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan arasında sülh prosesi və əməkdaşlıq perspektivləri, Azərbaycanın daxili siyasi inkişafı, eləcə də enerji və iqtisadi məsələlər müzakirə olunub.
Danışıqlarda Azərbaycan ilə Almaniya arasında ikitərəfli əməkdaşlığın inkişafı da gündəmdə olub. Almaniya Prezidenti vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda Almaniyanın, xüsusilə enerji və iqtisadiyyat sahələrində mühüm tərəfdaşıdır.
Tərəflər, həmçinin Azərbaycan ilə Almaniya arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq sənədlərinin imzalanması gözlənilir.
***
Azərbaycan Prezident İlham Əliyevin almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə hazırda təkbətək görüşü davam edir.
Patrul.az xəbər verir ki, təkbətək görüşdən sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olacaq.Almaniya kansleri ilə görüşdə isə “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə” imzalanması nəzərdə tutulur.






