media-inshot_20250707_232622982

Pakistanın Bəlucistan əyalətinin Nəsirabad rayonunda patrul bölməsinin yaxınlığında pilotsuz uçuş aparatının (PUA) partlaması nəticəsində üç yol polisi əməkdaşı yaralanıb.

Patrulaz.az “The Express Tribuna”ya istinadla xəbər verir ki, PUA naməlum şəxslər tərəfindən əraziyə yerləşdirilib və partlayış zamanı avtomobilə qismən ziyan dəyib.

Yaralı zabitlər dərhal xəstəxanaya çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, ərazi mühasirəyə alınaraq, hadisəni törədənlərin tapılması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Qeyd edək ki, son günlər Bəlucistanda terror aktları artıb. Keçən həftə Mastunq rayonunda törədilən hücum nəticəsində 16 yaşlı yeniyetmə ölüb, yeddi nəfər yaralanıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər