Bu ərazidə 16 günə 1592 zəlzələ baş verib
Yaponiyanın cənub-qərbində yerləşən Tokara adasında cəmi 16 gün ərzində 1592 yeraltı təkan baş verib.
Patrulaz.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin verdiyi məlumata görə, bölgədə dağıntı və insan tələfatı yoxdur. Lakin iyulun 3-dən etibarən əhalinin təxliyəsi davam etdirilir.
Qeyd edək ki, Tokara adasında təxminən 670 nəfər yaşayır.
Gülbəniz Səfərova