media-201e24a6-ffcf-40cf-bf10-b7f359bc0a89

Patrulaz.az-a müraciət edən vətəndaş LC Waikiki mağazasından geyim məhsulu aldığı zaman “ƏDV geri al” sistemində ciddi uyğunsuzluqla qarşılaşdığını bildirib. Onun sözlərinə görə, mağazadan 99.98 AZN dəyərində paltar aldığı halda, ona cəmi 0.76 AZN ƏDV məbləği geri qaytarılıb. Halbuki qanunvericiliyə əsasən bu məbləğ 1.53 AZN-dən (nağd ödəniş) 2.29 AZN-ə qədər (nağdsız ödəniş) olmalı idi.

Daha da diqqətçəkəni odur ki, vətəndaşın təqdim etdiyi qəbz və sistem məlumatlarında LC Waikiki mağazası “qarışıq mallar mağazası” adı altında görünür. Halbuki bu, geyim və tekstil sahəsində ixtisaslaşmış mağazadır və ƏDV dərəcəsi ilə bağlı düzgün kateqoriyada qeydə alınmalıdır.

Vergi Məcəlləsinə görə, ƏDV geri al sistemində:

Nağd ödənişlərdə ƏDV-nin 10%-i,

Nağdsız ödənişlərdə isə 15%-i alıcıya geri qaytarılır.

99.98 AZN-lik alış zamanı ödənilən ƏDV təxminən 15.25 AZN təşkil etməli, bu məbləğin 10-15 faizi alıcıya qaytarılmalıdır. Lakin sistemdə mağazanın fəaliyyət növünün “qarışıq mallar” kimi göstərilməsi ƏDV-nin ya tam tətbiq olunmaması, ya da güzəştli vergi kateqoriyasına salınması ilə nəticələnib. Bu isə vətəndaşın geri almalı olduğu məbləğin qanunsuz şəkildə azaldılması deməkdir.

Vətəndaş məsələ ilə bağlı Vergilər Nazirliyinə və aidiyyəti qurumlara müraciət etmək niyyətində olduğunu bildirib. O qeyd edir ki, bu hal təkcə LC Waikiki-yə aid olmaya bilər və “ƏDV geri al” sistemində oxşar halların geniş yayılıb-yayılmadığına dair araşdırma aparılmalıdır.

media-8de01c8c-2246-41df-a676-e9cd39945939 media-adabfe39-761d-4a9a-bc36-f9e0e6a78be7


Bənzər xəbərlər