media-49b52f06-9c37-40dd-8b55-bad8925ccc0e

“BakuBus” MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində sərnişinlə sürücü arasında baş vermiş insidentdən sonra sürücünün avtobusu saxlayaraq yol kənarında siqaret çəkməsini əks etdirən videogörüntü paylaşmışdıq.

Məsələ ilə bağlı “BakuBus” MMC tərəfindən Patrul.az-a təqdim olunan açıqlamanı olduğu kimi təqdim edirik:

“Bildiririk ki, “BakuBus” MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində 9 iyul 2026-cı il tarixində, saat 16:30 radələrində Koroğlu Rəhimov küçəsində sürücü ilə sərnişin arasında baş vermiş insident tərəfimizdən araşdırılıb və sürücünün xidməti vəzifələrinin icrası zamanı pozuntuya yol verdiyi müəyyən edilib.

Baş vermiş insidentlə əlaqədar sürücünün izahatı alınıb və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

“BakuBus” MMC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. Gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə sürücülərin xidməti fəaliyyətinə nəzarətin və daxili intizam mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdiriləcək.”


Bənzər xəbərlər