media-inshot_20250707_231420531

Qırmızı dənizdə Yunanıstanın idarə etdiyi, Çindən Türkiyəyə dəmir və gübrə daşıyan “Magic Seas” adlı yük gəmisinə hücum edilib. 

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, silah, pilotsuz uçuş aparatları və raketlərlə edilən hücum dörd saatdan çox davam edib.

Məlumata görə, hücumu edən Yəməndə fəaliyyət göstərən Husilər silahlı qrupu olub.

Hücum zamanı 19 nəfərlik ekipaj yoldan keçən başqa bir gəmi tərəfindən xilas edilib.

Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) və “Ambrey” təhlükəsizlik şirkəti hücum zamanı gəmidəki silahlı mühafizəçilərin cavab atəşi açdığını, ancaq pilotsuz təyyarələrin gəminin liman hissəsinə dəyərək yanğına və zərərə səbəb olduğunu qeyd edib.

Qeyd edək ki, xilas edilən gəmi Cibutiyə yola düşüb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər