Xoşqədəm Hidayətqızının ailəsində daha bir itki…
Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı ailəsində növbəti ağır itki ilə üzləşib.
Patrulaz.az “Manset.az”a istinadən xəbər verir ki, “Səni axtarıram” verilişinin rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızının atası Hidayət Baxşəliyev bu gün səhər saatlarında dünyasını dəyişib.
Məlumata görə, mərhum son beş ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Xatırladaq ki, Xoşqədəm Hidayətqızı bir neçə həftə əvvəl də anası Ofeliya xanımı itirmişdi.