Əfsanəvi duel qayıdır: Messi və Ronaldo yenidən rəqib ola bilər
MLS klubu Inter Miami-də çıxış edən Lionel Messinin gələcəyi ilə bağlı yeni məlumat yayılıb.
Patrulaz.az “Sondakika.com”a istinadla xəbər verir ki, Səudi Ərəbistanın “Al Ahli” klubu 38 yaşlı ulduz futbolçunun transferi üçün rəsmi danışıqlara başlayıb.
Messinin Inter Miami ilə müqaviləsi 2024-cü ilin dekabrında başa çatır.
Qeyd edək ki, “Al Ahli” 2023-cü ildə PSG-dən ayrılan Messi ilə maraqlansa da, həmin vaxt transfer baş tutmamışdı. Əgər transfer gerçəkləşsə, Messi “Al Nassr” klubunda çıxış edən Cristiano Ronaldo ilə yenidən rəqib olacaq.
Lionel Messi Inter Miami forması ilə indiyədək 64 oyuna çıxıb, 52 qol və 25 assistlə yadda qalıb.
Gülbəniz Səfərova