media-screenshot_20250609_092854_gallery

Bakıda “Manatlıq taksi” sürücüsü qadın sərnişinin gözü qarşısında 18+ hərəkətlər edib.

Patrulaz.az-a daxil olan məlumata görə, hadisə sürücünün qadın müştərini taksi ilə mənzilinə apardığı vaxtda baş verib. Belə ki, sürücü maşının ön oturacağında əyləşən qadının yanında qeyri-etik, seksual xarakterli hərəkətlər edib. Ən dəhşətlisi isə odur ki, həmin vaxt avtomobildə sürücünün 7 yaşı olduğu ehtimal edilən oğlu da olub.

Redaksiyamıza təqdim olunan kadrlarda da aydın görünür ki, taksi sürücüsü sərnişin və azyaşlının qarşısında əxlaqi normalara zidd davranışlar edib.

Bu hərəkətləri görən qadın müştəri isə dərin narahatlıq hissi keçirərək, təşvişə düşüb:

“Sürücü açıq şəkildə üzümə baxaraq belə hərəkətlər edirdi. Hətta maşında uşaq da var idi. Mən onun qeyri-etik hərəkətlərini gördükcə təşvişə düşürdüm. O an yaşadığım mənə bəs edər”, – deyə müştəri redaksiyamıza açıqlamısında deyib.

Qeyri-etik hərəkətləri anbaan kameraya çəkən qadın müştəri avtomobildən düşərkən sürücüyə “Utandın heç uşağından?”, sualını verib. Sürücü isə heç nə olmamış kimi “Nə edirdim ki?”, cavabını verərək, etdiklərindən boyun qaçırmağa çalışıb.

Qeyd edək ki, müştəri sözügedən sürücü barəsində tədbir görülməsini xahiş edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər