media-1dd0b913-be6b-486a-85c7-548ac60eb867

Türkiyənin Hatay vilayətinin Kumlu rayonunda yaşayan 8 yaşlı Hülya Akarın sağalması minlərlə insanın sevincinə səbəb olub.

Patrul.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Hülyaya bir müddət əvvəl beyin şişi diaqnozu qoyulub. Həkimlər tərəfindən vəziyyətinin son dərəcə ağır olduğu və yaşamaq şansının çox az olduğu bildirilib.

İddialara əsasən, Hülyanın müalicə və əməliyyat xərcləri iş adamı Sedat Peker tərəfindən qarşılanıb. Bundan sonra azyaşlı qız Ankarada yerləşən tibb müəssisələrindən birində əməliyyat olunub.

Əməliyyatın uğurla başa çatdığı və Hülyanın sağlamlığının yaxşılaşdığı bildirilir. Onun sağalması ailəsi, yaxınları və rayon sakinləri tərəfindən böyük sevinclə qarşılanıb.

Qeyd olunur ki, Hülyanın səhhətinin yaxşılaşması münasibətilə səmaya ümid şarları buraxılıb. Rəngarəng şarların göyə yüksəlməsi azyaşlı qızın həyat uğrunda mübarizəsində qazandığı qələbənin rəmzi kimi qiymətləndirilib.

Hülyanın sağalması ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə də geniş maraqla qarşılanıb və çoxsaylı istifadəçilər ona sağlam və xoşbəxt həyat arzulayıblar.

media-2ad041d6-a8f0-45fd-9a7a-249b5034c76b media-4b1e5d8e-56d8-4ff9-8c4e-1912624d1a7e media-45a67a96-ba0c-4a63-b322-5b87a4d652e5 media-d3313093-3bf1-4727-83e1-36960fb5da4c media-5577bb0c-f7be-48a6-9796-ab7034891694


Bənzər xəbərlər