media-151e9cd3-bc43-4b24-8677-c80074753fc8

Patrul.az redaksiyasına izləyicilərimizdən biri tərəfindən videogörüntü ilə müraciət daxil olub. Görüntülərdə elektrik avtomobili idarə edən sürücünün elektrik doldurma məntəqəsindən istifadə etmək istəyərkən problemlə üzləşdiyi əks olunub.

Müraciətdə bildirilir ki, hadisə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən elektrik doldurma məntəqəsinin ərazisində qeydə alınıb.

Belə ki, 90-DH-272 dövlət qeydiyyat nişanlı “Mazda” və 77-GF-953 dövlət qeydiyyat nişanlı “Opel” markalı nəqliyyat vasitələrinin sürücüləri elektrik avtomobilləri üçün nəzərdə tutulmuş xüsusi yerlərdə avtomobillərini park ediblər.

Şikayətçinin sözlərinə görə, avtomobili elektrik enerjisi ilə işlədiyindən onu enerji ilə təmin etməyə ehtiyac yaranıb. Lakin qeyd olunan nəqliyyat vasitələrinin həmin əraziləri zəbt etməsi səbəbindən elektrik doldurma məntəqəsindən istifadə etmək mümkün olmayıb.

Müraciət edən sürücü bu kimi halların elektrik avtomobili sahibləri üçün ciddi çətinlik yaratdığını bildirərək aidiyyəti qurumlardan nəzarətin gücləndirilməsini və qayda pozuntularına qarşı tədbirlərin görülməsini xahiş edir.


Bənzər xəbərlər