media-7aa30510-581c-42d8-90cc-a7531ee4dd0c

Patrul.az redaksiyasına videogörüntü göndərən izləyicimiz qürurverici bir hadisəni bizimlə bölüşüb.

Bildirilib ki, hadisə Bakı şəhərinin Badamdar qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqələrindən birində baş verib. Belə ki, sürücü avtomobilinə yanacaq doldurmaq məqsədilə məntəqəyə daxil olub. Avtomobildən düşərək sifariş verdikdən qısa müddət sonra onun səhhəti qəfil pisləşib, qıcolma keçirərək arxası üstə yerə yıxılıb.

Hadisə zamanı yanacaqdoldurma məntəqəsində öz avtomobilinə yanacaq dolduran Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşı Ruslan Mehdiyev vəziyyəti dərhal qiymətləndirərək operativ şəkildə müdaxilə edib. O, ilkin tibbi yardım göstərərək vətəndaşın vəziyyətinin stabilləşməsinə və özünə gəlməsinə kömək edib.

Videogörüntülərdən də görünür ki, Ruslan Mehdiyevin çevik reaksiyası və soyuqqanlı davranışı hadisənin daha ağır nəticələrə səbəb olmasının qarşısını alıb. Belə nümunələr polis-vətəndaş münasibətlərində etimadın və qarşılıqlı dəstəyin vacibliyini bir daha nümayiş etdirir.

Patrul.az kollektivi olaraq göstərdiyi diqqət, peşəkarlıq və insanpərvər davranışa görə Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşı Ruslan Mehdiyevə təşəkkürümüzü bildirir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.


Bənzər xəbərlər