media-photo-output

Rusiyada Kama çayında ana və qızı SUP lövhəsi ilə üzərkən suda çətin vəziyyətdə olan keçini görüblər.

Patrul.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, heyvan suya düşərək boğulma təhlükəsi ilə üz-üzə qalıb.

Hadisə zamanı ana cəsarətlə suya girərək keçini çətinliklə SUP lövhəsinin üzərinə çıxarıb. Qızı isə lövhəni sahilə doğru çəkərək hər ikisini təhlükəsiz yerə çatdırıb.

Hadisədən sonra keçi sahibinə təhvil verilib. Hadisə anbaan videoya düşüb və sosial şəbəkələrdə geniş yayılıb.

Günay Salayeva


Bənzər xəbərlər