media-54f68801-a6f2-4804-a518-4904dd3e7f8b

Patrul.az-ın daha əvvəl yayımladığı xəbər üzrə aparılan araşdırma nəticəsində sürücü barəsində tədbir görülüb.

Əldə etdiyimiz məlumata görə, Patrul.az-da yayımlanan və “Hyundai” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadaya təhlükə yaratmasını əks etdirən videogörüntü əsasında polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

Araşdırma zamanı həmin avtomobilin sürücüsünün C. Ağayev olduğu müəyyən edilib və onun barəsində qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülüb.

Qeyd edək ki, Patrul.az tərəfindən yayımlanan görüntülərdə 99-NE-720 dövlət qeydiyyat nişanlı “Hyundai Santa Fe” markalı avtomobilin sürücüsünün svetoforun qırmızı işığında hərəkət etdiyi, piyada keçidindən istifadə edən şəxsin isə son anda geri çəkilərək mümkün faciədən xilas olduğu əks olunurdu.

Beləliklə, yayımlanan görüntü üzrə aparılan araşdırma nəticəsində qayda pozuntusuna yol verən sürücü müəyyən edilərək məsuliyyətə cəlb olunub.


Bənzər xəbərlər