media-p0lnkqt4

Pakistanda ev heyvanı kimi saxlanılan aslan küçəyə çıxaraq, qadına və onun azyaşlı uşaqlarına hücum edib.

Patrulaz.az “BBC”yə istinadla xəbər verir ki, hadisə anı ətrafdakı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Dəhşətli görüntülərdə aslanın beton divarı aşaraq qadın və onun beş və yeddi yaşlı övladına doğru qaçdığı görünür. Qadınla yanaşı uşaqlar da xəsarət alıblar. Onlar xüsusən də, qollar və üz nahiyəsindən yaralanıblar.

Hadisədən sonra təhlükə qarşısında qalan insanlar ərazidən uzaqlaşmağa çalışıblar.

Qeyd edək ki, hadisə nəticəsində polis heyvanın sahiblərini həbs edib.

Həmin görüntüləri təqdim edirik:

Gülbəniz Səfərova


Bənzər xəbərlər