media-inshot_20250704_221836531

Rusiyanın Nalçik şəhərində yol polisi əməkdaşlarına bıçaqla hücum edilib.

Patrulaz.az “Baza” telegram kanalına əsasən xəbər verir ki, polis əməkdaşı başqaları ilə danışarkən naməlum şəxs ona yaxınlaşaraq onlarla bıçaq zərbəsi endirib.

Bundan sonra isə polis patruluna hücum edilib. Məlumata görə, hücum edənlərdən biri cavab atəşi ilə məhv edilib, digəri isə hadisə yerindən qaçıb.

Hücum nəticəsində ağır yaralanan 27 yaşlı hüquq-mühafizə əməkdaşı Aznaur S. reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin kritik olduğu bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bıçaqla silahlanmış şəxsin polis əməkdaşına qəfil hücumu və ardınca baş verən atışma anı əks olunub. Hazırda şəhər polisi hadisəni araşdırır. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Hücüm anının görüntülərini təqdim edirik:


Bənzər xəbərlər