media-whatsapp-image-2026-07-02-at-01-06-41

Bu gün gecəsini gündüzünə qatan, hər kəs evində rahat yatarkən küçələrdə addım-addım təhlükəsizliyimizi təmin edən, xalqın keşiyində dağ kimi duran Azərbaycan Polisi Günüdür!

Bu şərəfli və çətin yolun əsası 1918-ci ilin iyulun 2-də, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) çətin sınaqlar dövründə qoyulub. Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmanı ilə rəsmiləşən bu tarix, hər bir vətəndaşın qəlbində qürur hissi oyadır.

Hər bir təhlükəyə çəkinmədən sinə gərən Azərbaycan Polisinin yaranmasının bu il 108-ci ildönümü tamam olur. Polis – sadəcə forma geyinmiş bir rəsmi şəxs deyil. O, canı və qanı bahasına dövlətin maraqlarını hər şeydən uca tutan, Vətən müharibəsində ön cəbhədə şəhidlər verərək dastan yazan rəşadətli qəhrəmandır.

O, yağışda, qarda yollarda qalan köməksiz bir qocaya uzanan şəfqət əlidir. Hamilə və yaxud xəstə bir vətəndaşı saniyələrlə yarışaraq xəstəxanaya çatdıran, bir insanın həyatını xilas etmək üçün öz canını heçə sayan qəhrəmandır.
Biz küçələrdə rahat gəzə bilək deyə, öz ailəsindən, övladlarından vaxt kəsib asayişi bərqərar edən fədakar Azərbaycan polisidir…

Peşə bayramınız mübarək, xalqın güvən yeri!

Patrul.az

Gülbəniz Səfərova 


Bənzər xəbərlər