media-6283a713-a497-457e-8622-d7049f50a986

Patrul.az-ın bir müddət əvvəl yayımladığı xəbərdə Masazır qəsəbəsində yerləşən Qurtuluş 93 yaşayış kompleksinin sakinləri park ərazisində fəaliyyət göstərən çayxanadan yayılan səs-küydən şikayətlənmişdilər. Sakinlər gecə saatlarınadək davam edən yüksək səslə söhbətlərdən, dava-dalaşdan, nalayiq ifadələrdən, eləcə də səhər saatlarında samovardan çıxan tüstü və yüksək səslə səsləndirilən musiqinin onların rahatlığını pozduğunu bildirmişdilər.

Patrul.az-ın məlumatına görə, qeyd olunan ünvanda vətəndaşları narahat edən məişət səs-küyü ilə bağlı neqativ halların aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Araşdırma zamanı iaşə obyektində ictimai asayişin və ətrafda yaşayan sakinlərin rahatlığının pozulmasına səbəb olan halların mövcudluğu müəyyən edilib. Bununla əlaqədar obyektin icarədarı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.

Bununla yanaşı, obyekt sahibinin diqqətinə çatdırılıb ki, eyni hüquqpozma halı təkrar baş verəcəyi təqdirdə qanunvericiliyə uyğun olaraq daha ciddi inzibati tədbirlər görüləcək.

Tərəflər arasında yaranmış mübahisə ilə bağlı isə Rayon Polis İdarəsində araşdırma aparılır.


Bənzər xəbərlər