media-inshot_20260706_211608773

Əməkdar artist Nüşabə Ələsgərli artıq çəki ilə mübarizə apararkən keçdiyi çətin yoldan danışıb.

Patrul.az xəbər verir ki, müğənni televiziya proqramlarından birində qonaq olarkən bildirib ki, illər əvvəl artıq çəkidən xilas olmaq üçün müxtəlif üsulları sınayıb. Onun sözlərinə görə, qəbul etdiyi dərmanlar və tətbiq etdirdiyi prosedurlar gözlədiyi nəticəni verməyib.

Sənətçi qeyd edib ki, yalnız qida porsiyalarını kiçiltməyə başladıqdan sonra arıqlaya bilib.

“İstədiyinizi yeyə bilərsiniz, əsas məsələ porsiyanı azaltmaqdır. Böyük boşqab əvəzinə kiçik nəlbəki ölçüsündə yeyin. Hətta tez-tez qidalansanız belə, az miqdarda yemək qəbul edin”, – deyə o bildirib.

Nüşabə Ələsgərli əlavə edib ki, sağlam qidalanma vərdişləri və porsiyalara nəzarət onun artıq çəkidən qurtulmasına kömək edən ən effektiv üsul olub.


Bənzər xəbərlər