Bu gün 21 Fevral – Beynəlxalq Ana Dili Günü qeyd olunur
Bu gün 21 Fevral – Beynəlxalq Ana Dili Günü qeyd olunur.
Bu əlamətdar tarix 1999-cu ilin noyabrında Banqladeşin təşəbbüsü ilə UNESCO tərəfindən təsis edilib. Məqsəd dünya xalqlarının ana dillərinin qorunması, dil müxtəlifliyinin təşviqi və mədəni irsin yaşadılmasıdır.
Azərbaycanda ana dilinin inkişafı və qorunması hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan dilinin dövlət dili kimi mövqeyi daha da möhkəmləndirilib, onun tətbiqi və təbliği istiqamətində mühüm addımlar atılıb.
2002-ci il sentyabrın 30-da qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə dilimizin hüquqi əsaslarını daha da gücləndirib. Qanun Azərbaycan dilinin dövlət dili kimi işlədilməsini, qorunmasını və inkişafını təmin etməklə yanaşı, dünya azərbaycanlılarının milli-mədəni kimliyinin qorunmasına xidmət edir.
Ana dili xalqın kimliyidir. Bu gün bir daha dilimizin saflığını qorumağın və onu gələcək nəsillərə ötürməyin vacibliyini xatırladır.
Patrul.az






