Bu videonu izləyən iki dəfə düşünəcək – Bakıda piyadavurma hadisələrinin görüntüləri yayıldı
Bakıda piyadavurma hadisələrinin təhlükəli statistikası və real görüntüləri ictimaiyyətə təqdim olunub.
Patrulaz.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında baş verən bir neçə ağır qəzanın videogörüntüsünü yayımlayıb. Həmin kadrlarda piyadaların həyatını itirdiyi və ağır xəsarət aldığı anlar əks olunub.
Verilən məlumata görə, yalnız son yayımlanan 3 hadisənin nəticəsində 2 nəfər həyatını itirib, 1 nəfər isə ağır bədən xəsarətləri alıb.
DİN piyadalara bir daha müraciət edərək, yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.
Qeyd olunub ki, 2023-cü il ərzində paytaxtda 13 min 615, cari ilin ilk 5 ayında isə 8 min 713 piyada inzibati məsuliyyətə cəlb olunub.






