media-inshot_20260423_171901079

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbəsində əməliyyat keçirib. 

Patrul.az “Qafqazinfo”ya istinadən əməliyyat nəticəsində ittiham verilən şəxslərin adlarını təqdim edir:

Saatlı rayon şöbəsinin rəis müavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavinləri – Niyam Mədətsoylu, Şükür Əmrəliyev, Etibar Əliyev və Şamil Alıyev.

Sözügedən şəxslərin hər biri Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və başqa maddələrilə cinayət məsuliyyətinə cəlb ediliblər.


Bənzər xəbərlər