Ceyhun Bayramov və Hakan Fidan İsrailin İrana zərbələrini müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Patrulaz.az xəbər verir ki, bu barədə “Report” Türkiyə mətbuatına istinadən məlumat yayıb.
Söhbət zamanı tərəflər İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar və regionda baş verən digər önəmli proseslər ətrafında fikir mübadiləsi aparıblar.






