media-inshot_20250825_155645216

11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələr keçirmək istəyiblər.

Patrulaz.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz əməlin qarşısı alınıb.

Məhkumla qısamüddətli görüşə gəlmiş qohumunun üzərinə baxış keçirilən zaman 2 ədəd sellofan bükülüdə çəkisi 8,212 qram heroin və 4,873 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bildirilib ki, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəbdir.

media-narrr media-whatsapp_image_2025-08-25_at_15-07-57 media-whatsapp_image_2025-08-25_at_15-07-57__1_


Bənzər xəbərlər