media-inshot_20260326_173042492

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat Xidmərindən Patrul.az-a bildirilib ki, paytaxt ərazisində keçirilən növbəti tədbirlər zamanı əvvəllər məhkum olunmuş Tural Abdullayev, Murad Tağıyev, Turan Quliyev, Ceyhun Məmmədov, İsa Heydərov və Dövlət Dövlətov saxlanılıblar.

Onlardan ümumilikdə *10 kiloqramdan* artıq heroin, metamfetamin, marixuana və *1727* ədəd narkotik tərkibli həb aşkarlanıb. Saxlanılan şəxslərin narkotik vasitələri satmaq məqsədilə əldə etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Bənzər xəbərlər