Dövlət qurumlarında iş vədi ilə dələduzluq edən qadın saxlanıldı
Dövlət qurumunda işə düzəltmək vədi ilə bir neçə vətəndaşı aldadan qadın barəsində hüquqi tədbirlər görülüb.
Patrulaz.az xəbər verir ki, bu barıdə Demokrat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 33 yaşlı Fidan Məmmədova vətəndaşların etibarından sui-istifadə edərək onları aldadıb. O, müxtəlif vaxtlarda 11 nəfərə dövlət müəssisələrində işə düzəlmək imkanı vəd edərək ümumilikdə 42 min manata yaxın vəsaiti ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam edir.