media-f4830450-2b2f-47b0-ba5b-1ee86eb9f7b6

Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları məsuliyyətə cəlb olunmuşlar.

Bu barədə Patrul.az-a Dövlət Təhlükəsizlik Xidmətindən bildirilib.

Məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunmaları istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Əldə olunmuş məlumatlara əsasən, ötən müddət ərzində Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan Respublikası vətəndaşı iştirak edərək həlak olmuş, itkin düşmüş və ya yaralanmış, bəzilərinin isə əsirlikdə saxlanıldıqları təsbit edilmişdir.

Aparılmış araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşları – 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirildiyindən, həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi qanunauyğun şəkildə təmin ediləcəkdir.

***

Граждане Азербайджанской Республики, принимавшие участие в продолжающихся военных действиях между Россией и Украиной, привлечены к ответственности.

Службой Государственной Безопасности проводится оперативно-следственные мероприятия по выявлению и привлечению к юридической ответственности граждан Азербайджанской Республики, участвовавших в военных конфликтах за пределами страны в составе вооруженных формирований, не предусмотренных законодательством Азербайджанской Республики.

Согласно полученной информации, за прошедший период значительное число граждан Азербайджанской Республики, принимали участие в продолжающихся военных действиях между Россией и Украиной, в результате чего многие из них погибли, пропали без вести или получили ранения, а также установлено, что некоторые содержатся в плену.

В ходе проведённых расследований было доказано участие граждан Азербайджанской Республики – Набиева Реала Эльдениз оглы, 1991 года рождения, Гусейнова Фариса Фамиль оглы, 1993 года рождения, Мамедова Али Эльнур оглы и Миргашимли Мурова Гасан оглы, 1994 года рождения, в боевых действиях под контролем вооружённых формирований России и Украины, в связи с чем указанные лица были задержаны и привлечены к уголовной ответственности в январе 2026 года, и в отношении них по решению суда была избрана мера пресечения в виде заключения под стражу.

В очередной раз доводится до сведения граждан, что участие в подобных вооружённых конфликтах влечёт за собой уголовную ответственность в Азербайджанской Республике, и впредь вопросы ответственности лиц, совершающих соответствующие преступные деяния на территории иностранных государств, будут обеспечиваться в соответствии с законом.

***

Nationals of the Republic of Azerbaijan who participated in the ongoing military operations between Russia and Ukraine were brought to justice.

The State Security Service continues to carry out operational-investigative measures to identify and hold legally responsible nationals of the Republic of Azerbaijan participating in military conflicts outside of the country as part of armed formations against the legislation of the Republic of Azerbaijan.

According to the information obtained it was established, that over the past period a significant number of nationals of the Republic of Azerbaijan have been killed, gone missing or were injured, and some are being held in captivity having participated in the ongoing military operations between Russia and Ukraine.

Since the investigation established, that nationals of the Republic of Azerbaijan – Nabiyev Real Eldaniz oglu, born in 1991, Huseynov Faris Famil oglu, born in 1993, Mammadov Ali Elnur oglu, born in 1994, and Mirhashimli Murov Hasan oglu, born in 1994, participated in combat operations under the control of the armed forces of Russia and Ukraine, these individuals accordingly were detained and brought to criminal responsibility in January 2026, and a preventive measure of arrest was selected for them by a court decision.

Once again it is emphasized that participation in such armed conflicts creates a criminal liability in the Republic of Azerbaijan, and henceforth, the issue of liability of persons who commit relevant criminal acts on the territory of foreign states shall be enforced in accordance with the law.

 


Bənzər xəbərlər