media-photo-output

Ekspert İlham İsmayıl saxlanılıb.

Patrulaz.az xəbər verir ki, o, dələduzluqda ittiham edilir. Belə ki, İlham İsmayıl oğlu Cavidan İsmayılzadə vasitəsilə zərərçəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan “Range Rover” imiş.

İ. İsmayıl E. Məmmədzadədən ilkin olaraq 20 min ABŞ dolları (34 min manat) alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən E. Məmmədzadə məsələ ilə bağlı polisə şikayət edib.

Bundan başqa Rufət Məmmdəyarov adlı şəxsdən də 170000 ABŞ dolları alaraq, ona 2024 – cü il buraxılışlı ‘’Land Rover Defender” markalı və 2024 cü il buraxılışlı ‘’Mercedes Benz C63 AMG” markalı nəqliyyat vasitələri gətiriləcəyi vəd edilsə də, aldadılmışdır.

Xatırladaq ki, İlham İsmayılın oğlu Cavidan İsmayılzadə barəsində bir neçə il əvvəl də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) cinayət işi olmuş, interpol axtarışına da verilmişdir.

Dələduzluq faktı ilə əlaqədar İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O, ötən gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.


Bənzər xəbərlər