“Elektrik naqillərini yenilədik” deyən “Azərişıq” əslində yeniləməyibmiş - VİDEO
Bakının Xətai rayonunda yaşayış binalarının bir çoxuna plastik örtüklə bağlanmış yeni kabellər çəkilib.
Patrulaz.az-a vətəndaşlardan birinin verdiyi məlumata görə, sözügedən bina mənzillərinə gedən kabelləri “Azərişıq” plastik örtüklər ilə bağlayıb. Göndərilən videoda da göründüyü kimi təsadüf nəticəsində həmin plastik örtüklərin içərisində heç bir yeni kabel olmadığı və boş olduğu məlum olub.
Bu vəziyyətdən şikayətlənən bina sakini “əgər kabellərin dəyişdirilməsi nəzərdə tutulmuşdursa, büdcədən ayrılmış vəsait hara gedib? deyərək, “Azərişıq”a sual ünvanlayıb.
Qeyd edək ki, vətəndaşın dediyinə əsasən Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki əksər binalarda vəziyyət eynidir.
Gülbəniz Səfərova