Elmi Şurada qalmaqal: Xəbərsiz çıxarılan professorlar etiraza qalxdı - VİDEO
Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 7 professorun Elmi Şuranın tərkibindən çıxarıldığı iddia olunur.
Patrul.az bu barədə Xəzər TV-yə əsasən məlumat verir.
Bildirilib ki, adıçəkilən professorlar heç bir səbəb göstərilmədən və əvvəlcədən xəbərdarlıq edilmədən Elmi Şuradan kənarlaşdırılıblar. Onların sözlərinə görə, qərar barədə əvvəlcədən məlumat verilməyib və məsələ ilə bağlı səsvermə də keçirilməyib.






