media-inshot_20260207_224506346

Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz olaraq aldığı 10 min manat dəyərində məişət əşyalarının hissə-hissə olmaqla oğurlandığını bildirib.

Patrul.az-ın əldə etdiyi məlumata görə, Səbail RPİ 8-ci Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

media-img-20260207-wa0018


Bənzər xəbərlər