media-img-20260212-wa0019

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan 39 yaşlı Vüqar Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Patrul.az-a bildirilib ki, həmin şəxsdən 8 kiloqram marixuana və 3000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə V.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Bənzər xəbərlər